“Masoud Pezeshkian üzr istədi, amma niyə birbaşa müraciət etmədi?”
“Dialoq və İnkişaf Naminə İctimai Birliyi” nin (DİNİB) sədri Çingiz Bayramov saytımıza müsahibəsində İran prezidenti Pezeşkianın son açıqlamasını və regionda yaranan müzakirələri şərh edib.
Müsahibədə Pezeşkianın üzr bəyanatının ümumi xarakter daşıması, niyə birbaşa Ilham Aliyev-ə zəng etməməsi və ya Azərbaycan xalqına ayrıca müraciət etməməsi kimi suallar müzakirə olunur. Çingiz Bayramov hesab edir ki, İranın siyasi sistemində prezidentin real təsir imkanları məhduddur və ölkədə əsas güc mərkəzlərindən biri olan Islamic Revolutionary Guard Corps-un təsiri böyükdür.
DİNİB sədri müsahibədə həmçinin İran daxilində siyasi güc balansı, türk mənşəli siyasətçilərin rolu və regionun gələcəyi ilə bağlı fikirlərini bölüşür.
Pezeşkian üzr istədi və təsdiqlədi ki, belə hallar artıq təkrar edilməyəcək, amma ümumi şəkildə danışdı. Niyə birbaşa Azərbaycan Prezidentinə zəng edib üzr istəmir? Və ya xalqımızın adını çəkib üzr istəmir? Təəssüf ki, soydaşımız olaraq o, bu günlərdə İran fars-molla rejimini tam idarə edən sepahın təsir dairəsindən çıxa bilmir. Yəqin ki, cəhd etsə belə, ona imkan verməzlər və fikrimcə, İranda çox söz sahibi deyil; sanki hansısa bir mətbuat xidmətinin rəhbəridir.
Amma çox keçməz ki, Pezeşkian və ya başqa seçilmiş bir türk oğlu İranda tam söz sahibi olacaq. O günə az qalıb!
Gundelik.az
