Gundelik.az Xəbərlər İqtisadiyyat Ölkəmizdə kecirilən islahatlar
İqtisadiyyat Müsahibə

Ölkəmizdə kecirilən islahatlar

İqtisadiyyatın dinamik dünyasında dəyişən tendensiyalar, böhranlar və yeni imkanlar hər kəsi yaxından maraqlandırır. Bu səbəbdən biz də dünya və yerli iqtisadiyyatın aktual məsələlərini, perspektivlərini və həll yollarını müzakirə etmək üçün bu gün tanınmış iqtisadçı, ekspert Samir Heydərov ilə bir araya gəlmişik. Ən son iqtisadi hadisələr, inflyasiya, valyuta məzənnələri, investisiya strategiyaları və davamlı iqtisadi inkişaf kimi mövzular üzrə dəyərli təhlilləri ilə tanınan mütəxəssisimiz, bizə hazırkı vəziyyətdə düzgün qiymətləndirmələr verməklə yanaşı, gələcək üçün də proqnozlarını bölüşəcək.

Samir müəllim, ölkəmizin milli iqtisadiyyatı üçün davamlı islahatlar hansı mərhələdədir və burada qeyri-neft bölməsinə aid olan dinamika necədir?

— Cənab prezident İlham Əliyevin apardığı islahatların davamı olaraq hazırda ölkəmizdə  bir neçə əsas istiqamət üzrə  isalhatlar davam edir və artıq bir neçə mərhələni keçmiş vəziyyətdədir.
İslahatları əsasən iqtisadi islahatlar,sosial islahatlar,məhkəmə hüquq islahatları və inzibatı idarə edtmə islahatları adı altında təsnifatlaşdıra bilərik. Bu günkü vəziyyətdə islahatlar implementasiya mərhələsindədir(icra).
Yəni qəbul edilmiş qanun və qərarların yerinə yetrilməsi ,rəqəmsal texnologiyaların geniş tətbiqi və nəticələrin monitorinqi mərhələsi aktiv şəkildə gedir.Bəzi sahələrdə artıq təsir (impact)mərhələsinə də keçilib.Artıq müsbət evvektini  cəmiyyət və iqtisadiyyat  hiss etməkdədir.
İqtisadiyyat sahəsindəki islahatlara gəldikdə vergi və gömrük sistemində rəqəmsal texnologiyaların tətbiqi artırılıb.”ASAN xidmət və Dost mərkəzləri vətəndaş -məmur kontaktını azaldaraq şəffaflığı atırır.
Qeyri neft sektorunun inkşafına gəldikdə aqrar sahə,turizm,sənaye və İT sektorlarının inkşafına yönəlik dövlət proqramları həyata keçrilir.
 Məlum olduğu kimi, 2016-cı ilin dekabr ayında milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri təsdiq olundu və bu iqtisadiyyatın 12 əsas istiqamətini əhatə etdi. Artıq həmin tənzimləmədən keçən müddətlər ərzində əldə olunan uğurlu nəticələri necə qiymətləndirmək olar?
.— Qeyri neft sektorunun inkşafı Azərbaycan üçün strateji əhəmiyyət daşıyan istiqamətlərdən biridir.Bu sahənin inkşafında əsas məqsəd, iqtisadiyyatın şaxələndrilməsi,neftdən asılılığın azaldılması,dayanıqlı inkşafın təmin olunmasıdır. Aqrar sektorda fermerlərə texnika,gübrə və toxumla bağlı dövlət dəstəyi artrılmişdır.
Elektron Kənd təsərrüfatı Sistemi yaradımışdır.(e-KTS).Fermerlərin qeydiyyatı və xidmətlərin elektronlaşdrılması prosesi sürətləndrilib.Ölkənin müxtəlif bölgələrində iri aqroparklar yaradılır.Azərbaycanın   9 rayonunda  aqroparklar fəaliyyət göstərir.Qarabağ və Şərqi Zəngəzurda da aqroparklar qurulmuşdur və  pilot mərhələdədir.Artıq birinci mərhələ üzrə işlər başa çatdrılmışdır.
İxtisaslaşmış sənaye zonaları fəaliyyət göstərir.Sumqayıt Kimya Sənaye Parkı,Balaxanı Sənaye Parkı,Pirallahı Sənaye Parkı kimi zonalar fəaliyyət göstərir. Qida sənayesi,tikinti materialları,elektronika və yüngül sənaye məhsulları üzrə istehsal artmışdır. Turizm sektoruna gəldikdə yeni turizm marşurutları yaranmışdır.Qarabağ və Şərgi Zəngəzur yeni turizm bölgələri kimi inkşaf etdirilir. Viza rejiminin sadələşdrılməsi və ASAN Visa sistemi sayəsində turist axını artıb. Qastro ,ekoloji və dini turizm istiqamətlərində yeni məhsulllar təqdim olunur.
Rəqəmsal iqtisadiyyat və İT istiqamətində startaplara dəstək olunması üçün “İNNOLAND”kimi innovasiya mərkəzləri yaradılmışdır.
Dövlət xidmətlərin rəqəmsallaşdrılması həm dövlətin həm də özəl sektorun inkşafına təkan verir. Zəngəzur Dəhlizi,Ağbənd yolu,Bakı Tibilisi Kars dəmir yolu,Ələt Beynəlxalq Dəniz Limanı,Astara-Rəşt dəmir yolu kimi layihələr Azərbaycanı regional logistika mərkəzinə çevrilməsinə xidmət edir.
Qeyri neft ixracı artmaqdadır.2024 cü ilin göstəricilərinə görə qeyri neft ixracı təqribən 3 milyard ABŞ dollarını keçmişdir. Regionlarda iş yerləri və yeni müəssislər yaranıb.Makroiqtisadi sabitliyin qorunmasında qeyri neft sektorunun rolu artmışdır.
Maarifləndirici müsahibə üçün Samir  müəllim Heydərova təşəkkür edirik.
Gundelk.az 
Exit mobile version