İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

Ölkə üzrə pensiyalar tam ödənilib

Respublika üzrə aprel ayının pensiya ödənişləri yekunlaşdırılıb.

Bu barədə Gundelik.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, aprelin 14-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda, habelə Naxçıvan Muxtar Respublikasında, bu gün isə ölkəmizin bölgələrində qeydiyyatda olan şəxslərin aprel ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.