İran ABŞ ilə danışıqlara qayıtmaq şərtini açıqlayıb.
Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyi rəsmi mövqeyi ifadə edib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ ilə nüvə müzakirələrinin bərpa olunacağı xəbərinə münasibətdə İran mətbuatında dərc olunan açıqlamada bildirib: “Bilirəm ki, dolayı təmaslar var. Bizim (xarici işlər) nazir Oman, Qətər və digər ölkələrlə məsləhətləşir və diplomatiya heç vaxt dayanmır”.
“Onlar (amerikalılar) həqiqətən diplomatiyaya sadiq olduqlarını nümayiş etdirməlidirlər. Diplomatiyadan sui-istifadə edilməməli, aldatma və ya psixoloji müharibə alətinə çevrilməməlidir”, – İran sözçüsü bildirib.
ABŞ-də nəşr olunan “Axios” qəzeti Ağ Evə yaxın mənbələrə istinadən İran və ABŞ-nin gələn həftə Norveçin paytaxtı Osloda nüvə müzakirələrinə yenidən başlayacağını bildirib.
Gundelik.az

