Gundelik.az Dünya Niderland israilli nazirlərin ölkəyə girişini qadağan etdi
Dünya Xəbərlər

Niderland israilli nazirlərin ölkəyə girişini qadağan etdi

Niderland iki İsrail nazirinin ölkəyə girişinə qadağa qoyulduğunu açıqlayıb.

Gundelik.az xəbər verir ki, bu barədə “Jerusalem Post” Niderlandın xarici işlər naziri Kaspar Veldkampdan sitat gətirib

“Hökumət İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və maliyyə naziri Bezalel Smotrix personae non-qrata elan etmək qərarına gəlib və onların adlarını Şengen qeydiyyat sistemində arzuolunmaz əcnəbilər siyahısına əlavə etməyi gözləyir”, – Kaspar Veldkampda deyib.

O, əlavə edib ki, bu qərar İsrailli məskunlaşanları dəfələrlə Fələstin əhalisinə qarşı zorakılığa təhrik etdikləri, qeyri-qanuni məskunlaşmaların genişləndirilməsini israrla müdafiə etdikləri və Qəzza zolağında etnik təmizləməyə çağırdıqları üçün qəbul edilib.

Veldkamp qeyd edib ki, İsrailin Niderlanddakı səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq və ondan hazırkı vəziyyət dözülməz və əsaslandırılmaz olduğundan Baş nazir Benyamin Netanyahu hökumətini mövqeyini dəyişməyə çağırması istəniləcək.

Ben-Qvir Hollandiya hakimiyyətinin qərarına artıq cavab verib: “Avropanın bütün ərazisinə girişim qadağan olunsa belə, ölkəmiz uğrunda mübarizəmi davam etdirəcəyəm və HƏMAS qruplaşmasının məğlubiyyətinə çağırışlarımı davam etdirəcəyəm”.

Ötən gün Hollandiyanın Qəzza zolağında davam edən humanitar böhrana görə Aİ-nin İsrailə qarşı sərt tədbirləri elan etməsindən sonra İsrail və Niderland arasında gərginlik artıb.

Gundelik.az 

Exit mobile version