Gundelik.az Dünya Niderland: İsrail iştirak edərsə, 2026 “Eurovision”da olmayacağıq
Dünya Mədəniyyət və cəmiyyət Xəbərlər

Niderland: İsrail iştirak edərsə, 2026 “Eurovision”da olmayacağıq

Niderland 2026-cı ildə keçiriləcək “Eurovision” Mahnı Müsabiqəsində İsrailin iştirakına icazə veriləcəyi təqdirdə yarışda çıxış etməyəcəyini açıqlayıb.

Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.

Ölkənin ictimai yayımçısı AVROTROS bəyanatında “Qəzzada davam edən ciddi humanitar faciəni” əsas gətirərək, hazırkı mərhələdə İsrailin müsabiqədə iştirakını müdafiə edə bilməyəcəklərini bildirib.

Sənəddə qeyd olunub ki, İsrailin yarışa buraxılması halında Niderland ilə yanaşı Sloveniya, İspaniya, İslandiya və İrlandiya da müsabiqədə iştirakdan imtina edəcək.

Bəyanatda həmçinin builki yarışda İsrail hökumətinin müdaxiləsinin sübuta yetirildiyi vurğulanaraq bunun “Eurovision”un apolitik prinsiplərinə zidd olduğu diqqətə çatdırılıb. Bundan əlavə, beynəlxalq müstəqil jurnalistlərə qarşı məqsədli maneələr, çoxsaylı jurnalistin həlak olması və mətbuat azadlığının ciddi şəkildə pozulması ilə bağlı narahatlıq da ifadə olunub.

Gundelik.az 

Exit mobile version