Gundelik.az Siyasət Nazir: Azərbaycandan dizel yanacağının idxalı Ermənistan iqtisadiyyatına müsbət təsir göstərib
Siyasət Xəbərlər

Nazir: Azərbaycandan dizel yanacağının idxalı Ermənistan iqtisadiyyatına müsbət təsir göstərib

Ermənistanda Azərbaycandan dizel yanacağı tədarükünün ölkə iqtisadiyyatına müsbət təsir göstərdiyini qeyd ediblər.

Gundelik.az Ermənistan mediasına istinadən xəbər verir ki, bunu həmin ölkənin maliyyə naziri Vaqe Ovannisyan bildirib.

“Azərbaycandan dizel yanacağı idxalı Ermənistanın iqtisadi mühitinə müsbət təsir göstərir. Bu, maye qazın mümkün idxalına da aiddir”, – o deyib.

Exit mobile version