Naxçıvan Muxtar Respublikasında “Nəzərabad” yarımstansiyasında yenidənqurma işləri aparılacaq.
Bu barədə Gundelik.az “Azərişıq” ASC-dən məlumat əldə edib.
Məlumata görə, Babək rayonu ərazisində yerləşən yarımstansiya 35/10 kV-luq 2×10 MVA gücündə yenidən qurulacaq.
Yenidənqurma işlərinə 4.5 milyon manat vəsaitin sərf olunacağı proqnozlaşdırılıb.

