ABŞ-İsrail-İran müharibəsi gərgin döyüşlərlə 19-cu gününə qədəm qoyarkən, qarşılıqlı əməliyyatlarda çoxsaylı ölüm və yaralanma halları qeydə alınıb.
İran İnqilab Keşikçiləri Korpusunun (İİKK) İctimaiyyətlə Əlaqələr Bölməsi “Əsl Vəd 4” Əməliyyatının 61-ci dalğası ilə bağlı açıqlamasında İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin və onun silahdaşlarının hücumlarda ölümünə cavab olaraq İsrailin çoxsaylı raketlərlə ciddi şəkildə hədəfə alındığını açıqlayıb.
Əməliyyatın çoxdöyüş başlıqlı Hürrəmşəhr-4 və Qadir raketlərinin, eləcə də Emad və Xayber Şiken ballistik raketlərinin istifadəsini əhatə etdiyi bildirilən açıqlamada deyilir: “Hürrəmşəhr-4 və Qadir raketləri İsrailin çoxqatlı hava hücumundan müdafiə sisteminin sıradan çıxarılması səbəbindən heç bir maneə ilə qarşılaşmadan işğal olunmuş ərazilərin mərkəzindəki 100-dən çox hərbi və təhlükəsizlik hədəfini uğurla vurub”. Bəyanatda həmçinin deyilir: “Sahədə əldə edilən məlumata görə, DMO Hərbi Hava Qüvvələrinin bu sürətli hücumundan sonra Təl-Əvivin bəzi ərazilərində elektrik kəsintiləri baş verib və bu da axtarış-xilasetmə və təcili yardım qruplarının işinə mane olub. İlkin qiymətləndirmələrə görə, hücumda 230-dan çox ölü və yaralı var.”
Mənbə :Haberler.com
Tərtib etdi:Səid Mikayılzadə
Gundelik.az

