Naxçıvan Dövlət Universitetinin elmi tədqiqatlar sahəsində müəyyən etdiyi strateji xətt hazırda daha təkmil və mütərəqqi mərhələyə qədəm qoymuşdur. Burada, son beş il ərzində uğurla həyata keçirmiş olan islahatlar, yeni strukturlaşma, daha yenilikçi yanaşmalar, beynəlxalq təhsil və ixtisaslaşma proseslərinə inteqrasiya olunma və bu müstəvidə elm və tədris proseslərinin paralel olaraq davam etdirilməsi universitetin uğur, hədəf və ixtisaslaşma sahəsindəki göstəricilərinə dinamiklik gətirmişdir. Son beş il ərzində universitetimizdə bu sahədə həyata keçirilən işlər, bütün fakültələrin və kafedraların olduqca aktual vəzifəsinə çevrilmişdir. Tələbəyönümlü
tədris proseslərinin uğurla həyata keçirilməsi, onların elmi araşdırma sahəsindəki vərdişlərinin daha səmərəli olmasına zəmin yaratmış və elmi dövriyyə üçün son dərəcə zəruri olan mövzuların diqqətdə saxlanılmasına təminat vermişdir. Qeyd etmək olar ki, tələbələrlə həyata keçirilən tədbirlər universitetin tələbə təşkilatları tərəfindən diqqətlə izlənilir və məsuliyyətlə yerinə yetirilir. Bu sahədə,Tələbə Elmi Cəmiyyətinin fəaliyyətini yüksək qiymətləndirmək lazımdır. Bildirmək olar ki, hazırkı elmi araşdırma mərhələsində 1745 tələbə tərəfindən 1663 elmi tədqiqat işi həyata keçirilmişdir ki, bu da ali məktəbimiz üzrə bütün tələbə heyətinin 30 faizə qədərini təşkil etməkdədir. Artıq tələbələrimiz əmin olur ki, onların ideyalarının, təşəbbüslərinin dəstəkçisi olan Rektor var və hər zaman onların yanındadır. Xüsusilə də, son beş il ərzində elmi fəaliyyətlə məşğul olan tələbələrin sayının 3 dəfəyə qədər artdığını görməkdəyik. Dövlətimizin hərtərəfli qayğı və diqqətini yaxındanhiss edən universitetimizin beynəlxalq əməkdaşlıqlarının inkişafı sahəsində həyata keçirilən yenilikçi tədbirlər nəticəsində, elmi araşdırmalar sahəsində əcnəbi tələbələrin
də sayında müşahidə olunan artım özünü göstərmiş və bu, 10% olaraq təşəkkül tapmışdır. Beləliklə, Naxçıvan Dövlət Universitetinin müəllifi olduğu layihələr hər bir tələbənin məqsədlərini ifadə edir, hədəflərinə əlçatanlıq gətirir və daha perspektivli nəticələr üçün yol açmış olur. Naxçıvan Dövlət Universitetinin beynəlxalq əməkdaşlıqları çərçivəsində həyata keçirmiş olduğu tədbirlər məqsədyönlüyüyü və dinamikliyinə görə daha da aktual olmaqdadır. 2021- ci ildə güclü təməllər üzərində əsasları qoyulan bu proseslər, inkişafın indiki mərhələsində öz nəticələrini verməkdədir. Xüsusilə, bəhs olunan ildən etibarən qardaş Türkiyə Cümhuriyyətinin nüfuzlu ali məktəblərinə olunan səfərlər, həmçinin universitetimizin qonağı olan rektorlar qarşılıqlı əməkdaşlıqların daha üst səviyyədə perspektivliliyinə təminat yaratmışlar.
Əldə olunan səmərəli əməkdaşlıq mühitinin bariz nəticəsi olaraq, universitetimizin tibb fakültəsinin tələbələrinin Ankara universitetində staj keçmələrinə şərait yaradılmış və bu, ortaq mütəxəssis və peşəkar kadr hazırlığının olduqca zəruri ifadə forması olmuşdur. İkitərəfli əməkdaşlıqlar, hörmətli rektor Elbrus İsayevin Naxçıvan Dövlət Universitetinin uzunmüddətli perspektivlərinin daha da əlçatan olması sahəsindəki tədbirlərinin olduqca dürüst, düşünülmüş və tələbəyönümlü olduğunu bir daha ortaya qoydu.
Ankara Universiteti ilə yanaşı, Hacettepe Universitetinin də bu sahədəki təcrübəsi və işbirliyi universitetlərarası əməkdaşların çox müxtəlif formalarını özündə ifadə etməkdədir. Diqqət etdikdə aydın olur ki, xüsusilə, Hacettepe Universitetinin “Həmşirəlik” fakültəsinin akademik heyətinin, tələbələrinin qarşılıqlı təcrübə və
mübadilə layihələrində təmsil olunması, Naxçıvan Dövlət Universitetinin tədris proseslərində həmin fakültənin müəllimlərinin dəvət olunması, ümumiyyətlə, Naxçıvan
Muxtar Respublikası xəstəxanalarında əməkdaşlıqları daha da inkişaf etdirilməsi qarşıdakı illər ərzində olduqca mühüm nəticələr verəcək. Qazi Universitetinin bu sahədəki ikitərəfli perspektivləri də olduqca əhəmiyyətlidir. Burda da, universitetlərarası təcrübə proqramlarının diqqətdə saxlanılması, tələbələrin bu proqramlarda fəal iştirakı və təcrübə mübadiləsinin təsiri böyük olacaq. Yaxın dövrlər ərzində daha mütərəqqi layihələr üçün başlanğıc olacaq. Eyni zamanda, bildirmək olar ki, Naxçıvan Dövlət Universitetinin bu əməkdaşlıqlar üçün daha üstün potensiala malik olması bizim üçün çox böyük qürurvericidir. Naxçıvan Dövlət Universiteti çoxistiqamətli və sahəprofilli elmi fəaliyyətin təşkil olunması, etibarlı tədris proseslərinin idarə olunması, beynəlxalq əməkdaşlıqların diqqətdə saxlanılması, yaradıcılıq keyfiyyətlərinin inkişaf etdirilməsi, milli-mənəvi dəyərlərimizə sahib çıxılması və yaşadılması kimi aktual məsələlərin ardıcıllığını və sistemliliyini təmin etməkdədir. Geridə qalan son beş il ərzində xüsusilə bu sferalarda olduqca ciddi bir yol qət etmişdir. Artıq universitetimizin nəzdində, teatr studiyalarının, sinfonik orkestrin, texnologiya və inkluziv mərkəzlərin, dayanıqlı inkişaf mərkəzinin, Texnologiyalar Parkının, İmtahan mərkəzinin, STEAM və İELTS mərkəzlərinin, o cümlədən, nəzəriyyə və təcrübə məqsədli laboratoriyaların və digər təsisatların yaradılması, təkcə, universitetimiz daxilində deyil, həm də, daha geniş arenada, dünya miqyasında mütərəqqi təqdimatını göstərməkdədir. Xüsusilə də, son bir həftə ərzində “Yaşam üçün nəfəs” əsərinin müəllifi, görkəmli yazıçı Şandor Lejakın, Macarıstanın ölkəmizdəki səfiri Tamaş Yojef Tormanın, Con fon Neyman Universitetinin rəhbərliyinin və kollektivinin, filologiya üzrə elmlər doktoru, professor Mahirə Nağıqızının, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Rafiq Əliyevin universitetimizdə olması, burada yaradılan əlverişli və perspektivli elm və tədris mühitinin səmərəli nəticələrini bildirmələri bu sahədə daha mütərəqqi nəticələri və məhz dünyaya da bu dəyərlərlə çıxış etdiyini göstərməkdədir.
Naxçıvan Dövlət Universiteti, həm də, ölkəmizin milli iqtisadi hədəflərinin və prioritetlərinin daha mütərəqqi əsaslarla möhkəmlənməsinə də dəstək olmaqdadır. Məlum olduğu kimi, Macarıstan hər zaman ölkəmizin yanında olmuş, bizim onlara olan dəstəyimizi yüksək qiymətləndirmiş və xüsusilə də, ölkəmizin perspektivli enerji layihələrinin dəstəklənməsində öncül olmuşdur. Xüsusilə də, TANAP və TAP layihələrinin reallaşmasında ölkəmizin yanında olmuş və interkonnektorlar vasitəsilə bu layihəyə qoşulmaq istəyini ortaya qoymuşdur. Məhz Macarıstan Ali Məktəblərinin ölkəmizə, o cümlədən, Naxçıvan Dövlət Universitetinin elm və tədris proseslərinin inkişafında maraqlı olması, əməkdaşlıq münasibətlərinin inkişafı üçün işbirliyində olması, məhz bu sahədə, daha mütərəqqi nəticələrin ifadəsi olmaqdadır. Təbii olaraq, bu həm də, universitetin beynəlxalq əməkdaşlıqlar sahəsindəki işlərinin də düzgün qurulduğunu bir daha göstərməkdədir.
Gundelik.az

