İyul 8, 2026
Baku
Siyasət Xəbərlər

NATO baş katibinin müavini Azərbaycana səfər edəcək

NATO baş katibinin müavini Radmila Şekerinska gələn ilin ilk yarısında Azərbaycana səfər etməyi planlaşdırır.

Gundelik.az xəbər verir ki, bu barədə Trend-ə NATO-nun rəsmi nümayəndəsi məlumat verib.

“Proqram və tarixlər daxil olmaqla səfərlə bağlı daha ətraflı məlumat müəyyən olunmuş qaydada açıqlanacaq”, – deyə o əlavə edib.

Qeyd edək ki, bu səfərdən əvvəl, 2025-ci ilin sonlarında bir sıra məhsuldar yüksək səviyyəli görüşlər keçirili. Həmin görüşlərə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun beynəlxalq sammitlər çərçivəsində Radmila Şekerinska ilə apardığı danışıqlar, eləcə də 2025-ci ilin noyabrında NATO-ya üzv ölkələrin 15 səfirindən ibarət nümayəndə heyətinin Bakıya səfəri daxildir.