İyul 8, 2026
Baku
Xəbərlər

Myanmada güclü zəlzələ:Mandalay şəhərində minlərlə insan həyatını itirib

Gundelik.az xəbər verir ki,   Myanmanın qədim paytaxtı, bir zamanlar “qızıl şəhər” kimi tanınan Mandalay, artıq parlaq pagodaları ilə deyil, meyitlərin üfunətli qoxusu ilə xatırlanır.Ötən cümə günü baş verən 7,7 bal gücündə zəlzələ nəticəsində minlərlə insan ölüb və vəziyyət getdikcə ağırlaşır. Myanmarın hərbi rəhbərliyi zəlzələ və onun ardınca baş verən təkanlar nəticəsində ölənlərin sayının 2.700-ü keçdiyini, minlərlə yaralı və yüzlərlə itkin düşən insanın olduğunu açıqlayıb.Şəhər sakinlərinin dediyinə görə, o qədər meyit toplanıb ki, onları kütləvi şəkildə yandırmaq məcburiyyətində qalıblar.Myanmanın ikinci ən böyük şəhəri olan Mandalayda insanlar qidasız və susuz küçələrdə gecələyir, təşviş və ümidsizlik içində yaxınlarını axtarırlar. Ölkədə insani böhran getdikcə dərinləşir və ölənlərin sayının daha da artacağı gözlənilir.

Gundelik.az