ABŞ Hərbi Hava Qüvvələrinin “MQ-9 Reaper” kəşfiyyat və hücum pilotsuz uçuş aparatının (PUA) dövrü başa çatır.
Gundelik.az xəbər verir ki, bu barədə “Business Insider” nəşri yazıb
Nəşr yazır ki, buna səbəb köhnəlmiş hava hücumundan müdafiə sistemlərinin belə onları məhv etmə potensialında olmasıdır.
“Reaper” terrorizmə qarşı müharibədə effektivliyini sübut etdi, lakin bu gün döyüş əməliyyatlarının şərtləri “Reaper” üçün o qədər də əlverişli deyil”, – nəşr yazıb.
2023-cü ilin oktyabr ayından etibarən Yəmən səmasında ümumi dəyəri 500 milyon dollardan çox olan ən azı 15 “MQ-9 Reaper” pilotsuz uçuş aparatı məhv edilib.
Xatırladaq ki, ötən ay Ənsar Allah hərəkatı Yəmənin şimal-qərbində MQ-9 kəşfiyyat PUA-sını zərərsizləşdirdiklərini bildirmişdi.
Gundelik.az

