Litva hökuməti prioritet silahların alınması üçün büdcədən əlavə 187,7 milyon avro ayrılması haqqında qərar layihəsini təsdiqləyib.
Gundelik.az bu barədə Litva Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
“Bu vəsait Milli Müdafiə Nazirliyi tərəfindən piyadaların döyüş maşınları və orta mənzilli hava hücumundan müdafiə sistemləri üçün avans ödənişləri məqsədilə istifadə olunacaq. Avans ödənişləri Litva Silahlı Qüvvələrinə lazım olan prioritet hərbi texnikanın vaxtından əvvəl alınmasına zəmanət verəcək”, – məlumatda deyilir.
Qeyd olunub ki, söhbət “Boxer-Vilkas IFV” və “NASAMS”in orta mənzilli yerüstü hava hücumundan müdafiə sistemlərindən gedir.
Gundelik.az

