İyul 8, 2026
Baku
Aktual Müsahibə

Milli QHT Hərəkatının Yeni Mərhələsi – AMQF Sədri Ramil İskəndərlidən Açıqlamalar

Qeyri-hökumət təşkilatlarının cəmiyyətdəki rolu, vətəndaş cəmiyyətinin formalaşması və ictimai təşəbbüslərin dəstəklənməsi baxımından əvəzsizdir. Azərbaycanda bu sahənin inkişafına töhfə verən əsas qurumlardan biri də Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumudur. Gundelik.az xəbər portalı olaraq,  Forumun fəaliyyəti, qarşıya qoyulan hədəflər, vətəndaş cəmiyyətinin mövcud durumu və perspektivləri barədə ətraflı danışmaq üçün Azərbaycan Milli QHT Forumu İdarə Heyətinin sədri Ramil müəllim İskəndərli ilə bu yöndə müzakirə apardıq. Müsahibədə həmçinin təşkilatın yeni təşəbbüsləri və sektorda üzləşilən çağırışlar da müzakirə olundu.

Müsahibəni təqdim edirik.

Ramil müəllim, deyə bilərsinizmi, MQF-nin strateji planlarında hansı proritetlər üstünlük təşkil edir?

– Hazırda bildiyiniz kimi Milli QHT Forumu bir il bundan əvvəl yenilənib, yeni tərkib seçilib və idarəetmə heyət dəyişilib. Düzdür, bir il əvvəl kiçik dövrdür. Qoyduğumuz proritetlər də elə prinsipcə bundan sonra da davam edəcək. Bu əsasən ondan ibarətdir ki, həm milli, həm beynəlxalq səviyyədə  istiqamətləri əhatə edir. Milli səviyyədə bizim prioritetlərimiz Azərbaycanda Qeyri-Hökümət Təşkilatlarının bacarıqların artırılması, onların ixtisaslaşması, həyata keçirilən fəaliyyətlərin keyfiyyətinin artırılması, eyni zamanda, yerli QHT-lər arasında bir kordinasiya rolunu oynamaq,  Milli QHT Forumunun ofisini QHT-lər üçün QHT evinə çevirmək, onlarla daim qarşılıqlı münasibətdə olmaq, onlara texniki, metodiki dəstək göstərmək, təşkilati resuslarla dəstək göstərməkdir. Yəni biz onlara əlimizdən gələn bütün dəstərməyə hazırıq və ümid edirik ki, onlar da bundan səmərəli istifadə edəcək.

Bəs idarə heyəti olaraq, qəbul prosesində ədalət və şəffaflığı təmin etmək üçün hansı  tədbirlər görürsünüz?

– Milli QHT Forumu 1999-cu ildən yaranıb. Əlbəttə ki,  bu dövrlər ərzində onun üzvləri də çoxalıb. Lakin biz gördük ki, Milli QHT Formunun üzvlər siyahısında hazırda fəaliyyət göstərməyən, vətəndaş cəmiyyəti həyatında  iştirak etməyən, artıq  sədrləri çoxdan digər sektorlara keçən və yaxud da fərdi  şəxslərin üzvülüyünü gördük və biz saydan çox keyfiyyətə üstünlük verdiyimiz üçün artıq üzvlərin vəsiqə alması ilə bağlı elan verdik. Bildiyinz kimi, hər bir təşkilat, form üzv təşkilatları il ərzində özlərini yeniləyirlər. Bizim bu vəsiqələri verməkdə məqsədimiz o idi ki, bu üzvülük yenilənsin və biz bilək ki, bu QHT-lər hazırda fəaliyyətdədirmi, yoxsa, yox. Artıq deyə bilərəm ki,  son aylar ərzində biz yüzədək QHT sədrləri vəsiqə üçün bizə müraciət etdi. Onlar ya əvvəldən üzv olub, lakin vəsiqə müddəti bitən təşkilatlardır, və yaxud da ilk dəfə üzv olunanlardır. Son günlər biz əvvəllər üzv olunmuş təşkilatlara da xəbərdarlıq edirik ki, üzvülük vəsiqələrini yeniləsinlər. O ki, qaldı şəffaflıq baxımından saytımızda vəsiqələri yeniləyən siyahı verilib və bu ona görədir ki, biz bilək ki, bizim resuslardan hansı QHT-lər istifadə edə bilər. Bu vəsiqə əldə etmiş QHT-lər bizim konfrans, iclas  zallarından istifadə edə bilərlər, onlar da bunu aktiv də istifadə edirlər.

Ramil müəllim, MQF-lərin gələcək beş il üçün əsas hədəfləri nələrdir?

– Biz növbəti gələcək beş ildə istəyirik ki, bizim Qeyri Hökümət təşkilatları Beynəlxalq Arenada öz sözünü deməkdə davam eləsinlər və biz bu yöndə işi gücləndirək. Bilirsiniz ki, Beynəlxalq Arenada iştirak etməyin bir sıra yolları var. Birinci yol əməkdaşlıqdan keçir. COP 29 zamanı hər kəs bir daha şahid oldu ki, yerli QHT-lərlə Beynəlxalq Təşkilatlar, xüsusilə Qlobal Cənub məkanından olan inkişaf etməkdə olan, az inkişaf etmiş ölkələr  bizim QHT-lərlə birgə layihələr həyata keçirdilər. QHT-lərlə Dövlət Dəstəyi maliyyə yardımı ilə. Onlar qeyd etdiyim kimi COP 29-da aktiv layihələr həyata keçirdilər.

İkinci yol Beynəlxalq platformalarda Azərbaycanın haqq səsinin ucaldılmasıdır. BMT-nin Cenevrə ofisində Nyu-York, Vyana ofisində, ATƏT-in Vyana və Varşavada keçirdiyi tədbirlərdə son illər iştirak edən və nəinki iştirak etmək, həm də çıxış etməklə bağlı QHT-lərin aktivliyi son dərəcə artıb. Bizim üçün  belə bir strategiya odur ki,  belə aktivliyi artıraq. Eyni zamanda bizim başqa bir proritetimiz, yəni soruşsanız ki, beş il sonra Milli QHT Formunu harda görürsünüz, mən hesab edirəm ki, bu prosesə biz aprelin 28-i başladıq, Qlobal Cənub QHT Platforması yaradıldı və Azərbaycan Milli QHT Forumu burda təşəbbüskar rolunu oynadı. Son nəticədə Beynəlxalq Təşkilatlar  bizim təşəbbüsü dəstəklədilər və qərara aldılar ki, katiblik Azərbaycanda yerləşəcək, Milli QHT Formununun bazasında. Mən də bu dövr ərzində, yəni keçid dövrü, gələcək Baş Asambleyaya qədər bir il müddətində Baş Katib funksiyasını yerinə yetirirəm. Bu artıq eyni zamanda o deməkdir ki, Azərbaycanın həyata keçirdiyi beynəlxalq ədalət,  səslərin eşidilməsi,  Azərbaycanın şimalla cənub arasında körpü rolunu oynamaqda bir QHT kimi öz töhfəmizi vermək və bu istiqamətdə  özümüzü lider mövqedə görmək, Azərbaycan dövləti və QHT-ləri Qlobal Cənub məkanında onların aparıcı səsinə çevrilməlidir və biz də bu istiqamətdə gedirik. Yerli səviyyədə də biz QHT-ləri daha effektiv, daha ixtisaslaşmış və Azərbaycanın həyatında ictimai münasibətlərdə QHT-lərin rolunu dövlətə, dəstək, yardımçı olaraq, həmrəyliyimizin davamını görməkdir.

  Dəyərli məlumatlar üçün Azərbaycan Milli QHT Forumu İdarə Heyətinin sədri Ramil İskəndərliyə təşəkkür edirik

Gundelik.az