İyul 8, 2026
Baku
Siyasət Xəbərlər

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb, 14 məsələ müzakirə olunacaq

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb.

Gundelik.az xəbər verir ki, iclasın gündəliyində “Metrik Konvensiya”nın ratifikasiyası, “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi daxil olmaqla ümumilikdə 14 məsələ var.

İclas spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilir.