İyul 10, 2026
Baku
Siyasət Xəbərlər

Milli Məclisin iclası başlayıb: gündəlikdə nə var?

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb.

Gundelik.az xəbər verir ki, iclasın gündəliyində “Gəmilərin ballast sularının və çöküntülərinin idarə edilməsi və nəzarətinə dair” Beynəlxalq Konvensiyaya qoşulmaq haqqında və Ukrayna ilə mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında Müqavilənin təsdiqi daxil olmaqla ümumilikdə 22 qanun layihəsi var.

İclasa spiker Sahibə Qafarova sədrlik edir.