“Microsoft” korporasiyası İsrail təhlükəsizlik qüvvələri ilə əməkdaşlığa etiraz aksiyasında iştirak edən iki əməkdaşını işdən çıxarıb.
Bu barədə Gundelik.az “Reuters”ə istinadən xəbər verir.
Hadisə avqustun 26-da baş verib. Bir qrup indiki və keçmiş Microsoft işçiləri şirkət prezidenti Bred Smitin ofisini zəbt etməyə cəhd göstərib. Polis aksiyada iştirak edən yeddi nəfəri saxlayıb. Şirkət bildirib ki, işdən çıxarılma korporativ siyasət və davranış kodeksinin ciddi şəkildə pozulması, o cümlədən idarəetmə ofisinə icazəsiz daxil olma ilə bağlıdır.
Bundan başqa, Redmonddakı baş qərargahda keçirilən digər etiraz aksiyasında binanı tərk etməyən və şirkətin loqosuna qırmızı boya atan 18 nəfər həbs edilib.
Etirazçılar “Microsoft”dan İsrail təhlükəsizlik qüvvələri ilə əməkdaşlığı dayandırmağı və onlara xidmət göstərməməyi tələb edirlər. Aksiya İsrail ordusunun Qəzza zolağı və İordan çayının qərb sahilində Fələstinlilərin telefon danışıqlarını saxlamaq üçün “Microsoft”un Azure bulud xidmətindən istifadə etməsi xəbərlərinə reaksiya olaraq keçirilib.
Qeyd edək ki, bu məsələ ilə bağlı daha əvvəl Google istifadəçilərinə təcili parollarını dəyişmək tövsiyəsi verilmişdi.
Gundelik.az

