Gundelik.az Dünya Danimarka Rusiyaya qarşı yeni sanksiyalar təklif edir
Dünya Xəbərlər

Danimarka Rusiyaya qarşı yeni sanksiyalar təklif edir

Danimarka Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmə imkanını nəzərdən keçirir.

Gundelik.az “Politico” nəşrinə istinadən xəbər verir ki, Danimarka Aİ-də sədrliyi dövründə Rusiyanın neft və qaz ixracı, eləcə də maliyyə sektoru, o cümlədən kriptovalyuta ilə bağlı gəlirlərinə qarşı yeni sanksiyalar tətbiq olunmasını təklif edir.

Hesabatda qeyd olunur ki, Rusiya tərəfindən “sanksiyalardan yayınma riski yüksək olarsa”, Aİ-dən kənar ölkələrə ixracı qadağan etməyə imkan verəcək yeni alət də müzakirə mövzularındandır.

Hazırkı mərhələdə sanksiyalar paketinin hazırlanması üçün ölkələr öz təkliflərini irəli sürür, lakin yekun tərkibi daha sonra müəyyənləşəcək.

Aİ xarici işlər və müdafiə nazirlərinin Rusiyaya qarşı 19-cu sanksiyalar paketini müzakirə etmək üçün 28-30 avqust tarixlərində Kopenhagendə görüşməsi gözlənilir. Bloomberg daha əvvəl xəbər vermişdi ki, Aİ üçüncü ölkələrin Rusiyaya blokun Moskvaya qarşı mövcud sanksiyalarından yan keçməsinə kömək etməməsi üçün ikinci dərəcəli sanksiyaları da nəzərdən keçirəcək.

Müzakirə mövzuları arasında 2023-cü ildə qəbul edilmiş, lakin indiyədək istifadə olunmayan sanksiyalardan yayınma əleyhinə vasitə də yer alır. Bu vasitə Aİ-yə görə sanksiyalardan yayınmağa kömək edən üçüncü ölkələrə malların ixracını, tədarükünü və ya ötürülməsini qadağan edə bilər.

Gundelik.az 

Exit mobile version