Gundelik.az Dünya “Microsoft” Aİ məlumat mərkəzinin tutumunu 40% genişləndirməyi planlaşdırır
Dünya Xəbərlər

“Microsoft” Aİ məlumat mərkəzinin tutumunu 40% genişləndirməyi planlaşdırır

“Microsoft” korporasiyası geosiyasi dəyişkənlik şəraitində rəqəmsal sabitliyi təmin etmək üçün Avropa İttifaqı (Aİ) ölkələrində bulud və süni intellekt infrastrukturunu genişləndirməyi planlaşdırır.

Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.

Belə ki, şirkət növbəti iki il ərzində Avropa İttifaqı ölkələrində məlumat mərkəzinin tutumunu 40% genişləndirmək niyyətindədir.

“Bu planlar bu yaxınlarda elan edilmiş addımlarla birlikdə, 2027-ci ilə qədər Avropa məlumat mərkəzlərimizin tutumunu 2023-cü il səviyyələri ilə müqayisədə iki dəfədən çox artıracaq. Bölgədəki “Microsoft” məlumat mərkəzlərinin ümumi sayı 200-dən çox olacaq”, – məlumatda bildirilib.

Məlumata görə, şirkət artıq kiçik Avropa bulud xidməti təminatçıları ilə əməkdaşlıq edir və onlara və xidmət göstərdikləri bazarlara uyğunlaşdırılmış yeni texnologiya və lisenziya həlləri hazırlayır.

Gundelik.az

Exit mobile version