“İnter Mayami”nin hücumçusu Lionel Messi Argentina millisindəki karyerasını başa vurub.
Gundelik.az xəbər verir ki, 39 yaşlı ulduz oktyabrın 7-nə keçən gecə milli komanda ilə vida matçını keçirib.
Argentinanın paytaxtı Buenos-Ayresdə Argentina millisi Beninlə yoldaşlıq görüşü keçirib. Qarşılaşma 3:0 hesabı ilə cənubi amerikalıların qələbəsi ilə başa çatıb. Messi yığma komanda ilə son görüşündə bir qol və iki assistə imza atıb. Belə ki, Lionel Messi 70-ci dəqiqədə penaltidən komandanın üçüncü qolunu vurub. Görüşdə digər qolları 48-ci dəqiqədə Otamendi, 61-ci dəqiqədə Niko Pas vurublar.
Qeyd edək ki, Messi Argentina millisində debütünü 2005-ci ilin avqustunda Macarıstanla yoldaşlıq matçında (2:1) edib. Ümumilikdə milli komandada 208 görüşdə 126 qol və 69 məhsuldar ötürməsi var. Messi Argentina yığması ilə 2022-ci il dünya çempionatını, iki dəfə Kopa Amerikanı (2021, 2024) və bir dəfə Finalissimanı (2022) qazanıb.

