Gundelik.az Dünya MDB-nin daha bir keçmiş üzvü Aİ-yə üzvlük niyyətini açıqladı
Dünya Xəbərlər

MDB-nin daha bir keçmiş üzvü Aİ-yə üzvlük niyyətini açıqladı

Gürcüstan yaxın gələcəkdə Avropa İttifaqına (Aİ) üzv olmağı planlaşdırır.

Gundelik.az xəbər verir ki, bu barədə ölkənin baş naziri İrakli Kobaxidze məlumat verib.

Baş nazir bildirib ki, Gürcüstan Avropaya inteqrasiya prosesində öz ənənəvi dəyərlərini qoruyub saxlamağa çalışır. Onun sözlərinə görə, Brüssel bu məsələdə müəyyən maneələr yaradır.

“Əlbəttə, istəyimiz və məqsədimiz Aİ-yə üzvlükdür. Lakin ölkəmizdə sülhü və inkişafı təmin etmək üçün ilk növbədə suverenliyimizi və müstəqilliyimizi qorumalıyıq”, – Kobaxidze vurğulayıb.

Qeyd edək ki, Gürcüstan 1993–2009-cu illərdə Müstəqil Dövlətlər Birliyinin (MDB) üzvü olub. 2008-ci ildə baş verən Rusiya–Gürcüstan müharibəsindən sonra Mixail Saakaşvilinin prezidentliyi dövründə təşkilatdan çıxıb. MDB-ni tərk edən digər ölkələrdən biri də 2018-ci ildə Ukrayna olub.

Xatırladaq ki, bir müddət əvvəl hakim “Gürcü Arzusu” partiyasının icra katibi Mamuka Mdinaradze Rusiya prezidenti Vladimir Putinlə ABŞ-ın sabiq prezidenti Donald Tramp arasında Alyaskada keçirilən görüşə münasibət bildirərkən Ukraynanı “piyada” adlandırmışdı. Onun sözlərinə görə, görüş bütün dünyaya Ukraynadan təəssüf ki, geosiyasi oyunda alət kimi istifadə edildiyini göstərib.

Gundelik.az 

Exit mobile version