Avropa Komissiyası (AK) 1 oktyabrda G7 təşəbbüsü çərçivəsində Ukraynaya 4 milyard avro dəyərində növbəti – doqquzuncu tranş makromaliyyə yardımının ödənildiyini açıqlayıb.
Bu barədə Gundelik.az quruma istinadən xəbər verir.
Məlumata görə, Aİ-nin Ukraynaya dəstəyi ümumilikdə 178 milyard avroya yaxınlaşır. Onun 18,1 milyard avrosu məhz makromaliyyə yardımının payına düşür və bu vəsait Aİ-nin G7-nin “Gəlirlərin Sürətləndirilməsi üzrə Kredit Təşəbbüsü”nə töhfəsi hesab olunur. Sözügedən təşəbbüs çərçivəsində Ukraynaya ümumilikdə 45 milyard avro maliyyə dəstəyi göstərilməsi nəzərdə tutulur.
Avropa Komissiyasının açıqlamasında vurğulanıb ki, bu son ödənişlə birlikdə 2025-ci ilin əvvəlindən Ukraynaya verilən çoxtərəfli maliyyə yardımının ümumi məbləği 14 milyard avroya çatıb.
Gundelik.az

