Gundelik.az Xəbərlər Aktual Mətbəx süngərləri bakteriya yuvasıdır – alimlər xəbərdarlıq edir
Aktual Xəbərlər

Mətbəx süngərləri bakteriya yuvasıdır – alimlər xəbərdarlıq edir

Nəmlidir, ilıqdır və üzərində yemək qalıqları var – mətbəx süngərləri bakteriyalar üçün mükəmməl bir çoxalma mühitidir.Gundelik.az  xəbər verir ki,  Almaniyadakı elm adamları 14 fərqli mətbəx süngərində olan mikroorqanizmlərin DNT-sini analiz edərək təhlükəli bakteriyaların mövcudluğunu müəyyən ediblər. Onlardan biri də Moraxella osloensis bakteriyasıdır. Bu bakteriya, xüsusilə immun sistemi zəif olan insanlarda infeksiyalara səbəb ola bilər.Maraqlıdır ki, eyni bakteriya çirkli paltarlardakı pis qoxuya da cavabdehdir. Bu da mətbəx süngərlərinin istifadə edildikcə niyə xoşagəlməz qoxu yaydığını izah edə bilər.

“Tədqiqatımız sübut etdi ki, mətbəx süngərləri düşündüyümüzdən daha çox müxtəlif bakteriyalarla doludur”, – deyə Gießen Justus Liebig Universitetinin Tətbiqi Mikrobiologiya İnstitutunun əməkdaşı Massimiliano Kardinale və onun almaniyalı həmkarları bildiriblər. Ən narahatedici nəticələrdən biri isə süngərləri sadəcə su və sabunla yumağın bəzi bakteriyaların sayını daha da artırmasıdır. Yəni mətbəx süngərini yuyaraq onu təmizlədiyimizi düşünsək də, əslində bakteriyaların çoxalması üçün daha əlverişli mühit yaradırıq.

Gundelik.az 

 

 

 

Exit mobile version