Gundelik.az Elm və təhsil Azərbaycanda turizmin inkişaf problemlərinə həsr olunan yeni kitab nəşr olunub
Elm və təhsil Xəbərlər

Azərbaycanda turizmin inkişaf problemlərinə həsr olunan yeni kitab nəşr olunub

Azərbaycanda turizm sektorunun inkişafı, mövcud problemlər və bu sahənin gələcək perspektivlərinin araşdırılmasına həsr olunan “Azərbaycanda turizmin inkişaf problemləri” adlı elmi nəşr işıq üzü görüb. Kitabın müəllifləri Səfər Pürhani, Asiman Quliyev və Nüsrət Babayevdir.

Nəşrdə Azərbaycanın turizm potensialı, turizm sektorunun inkişafına təsir göstərən amillər, mövcud imkanlar və qarşıda duran əsas məsələlər elmi yanaşma əsasında araşdırılır. Kitabın müəlliflərindən biri Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) Elmi-Metodoloji Şurasının üzvü, iqtisad elmləri namizədi, dosent Asiman Quliyevdir.

O, uzun illər iqtisadiyyat və təhsil sahəsində elmi-pedaqoji fəaliyyət göstərib. 1997-ci ildən UNEC-in “İqtisadi nəzəriyyə” kafedrasının dosenti olub, 2014–2021-ci illərdə Ümumi iqtisadiyyat fakültəsinin dekanı vəzifəsini daşıyıb və 60-dan artıq elmi əsəri, monoqrafiyası, dərsliyi və tərcüməsi nəşr olunub. O, həmçinin 2020-ci ildə “Azərbaycan Respublikasının əməkdar müəllimi” fəxri adına layiq görülüb.

Gundelik.az

Exit mobile version