ABŞ Prezidenti Donald Tramp Kaliforniya ştatının San-Fransisko sahillərində Alkatraz adasında təhlükəli cinayətkarların saxlanması üçün maksimum mühafizə olunan federal həbsxananın yenidən qurulması və yenidən açılması barədə göstəriş verib.
Gundelik.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə “Truth Social” sosial şəbəkəsində məlumat verib.
“Mən <…> Amerikanın ən amansız və qəddar cinayətkarlarını yerləşdirmək üçün çox genişləndirilmiş və yenidən qurulmuş Alkatrazın yenidən açılmasını əmr edirəm”, – o bildirib.
Tramp həbsxananın yenidən açılmasının qanun, nizam və ədalətin simvolu olacağını deyib.
Yanvarın sonunda ABŞ prezidentinin böyük oğlu kiçik Donald Tramp “X” sosial şəbəkəsində Alkatraz həbsxanasının yenidən açılmasını təklif edib. Ağ Ev rəhbərinin oğlu atasının Quantanamodakı (Kuba) bazasında saxlanılan qeyri-qanuni mühacirləri saxlamaq üçün böyük miqrasiya mərkəzi hazırlamaq ideyasını alqışlayıb.
“Bu, əla ideyadır. Bəlkə biz də Alkatrazı yenidən açaq?!” – Trampın oğlu yazıb.
Alkatraz həbsxanası ABŞ-nin ən sərt həbsxanası kimi tanınır. Keçmiş məhbuslar orada qeyri-insani rəftardan bəhs edirlər. İndiyədəm həbsxanadan azı 14 nəfərə qaçmağa cəhd edib. Ən məşhur qaçış cəhdi 1962-ci ilin iyununda bank soyğunçusu Frank Morris və qardaşları Con və Klarens Anqlin tərəfindən edilib. Alkatrazdakı ən məşhur məhbuslar arasında bədnam qanqster Al Kapone, Robert Stroud və mafioz Meyer Koen var.
Gundelik.az
