İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Livanda ölənlərin sayı artır

Livan Səhiyyə Nazirliyi İsrailin ölkəyə endirdiyi zərbələr nəticəsində ölənlərin sayının 4192 nəfərə çatdığını bildirib.

Gundelik.az bu barədə Livan Milli Xəbər Agentliyinə (NNA) istinadən xəbər verir.

“Hərbi eskalasiyanın başlanğıcından bəri (2 mart – 23 iyun) ölənlərin ümumi sayı 4192-yə, yaralıların sayı isə 12171-ə çatıb”, – məlumatda deyilir.

Son 24 saat ərzində ölənlərin sayı 17, yaralıların sayı isə 7 nəfər artıb.