İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Livan ABŞ-ın atəşkəs müddətinin uzadılmasını elan etdiyi bir vaxtda İsrailin hücumundan altı nəfərin öldüyünü bildirib

Səhiyyə Naziri, Haruf şəhərində mülki müdafiə mərkəzinə hücum edildikdən sonra dördüncü feldeşerin “ağır xəsarətlər” aldığını bildirib. İsrail ordusu BBC-yə bildirib ki, iki “Hizbullah terrorçusunu” müəyyən edib və məhv edib. Əlavə edib ki, “mülki şəxslərə zərər vurma riskini azaltmak üçün addımlar atılıb”.

Cümə günü ABŞ Dövlət Departamenti İsrail və Livanın Vaşinqtonda iki günlük danışıqlardan sonra zəif atəşkəs rejmini uzatmaq barədə razılığa gəldiyini açıqlayıb.

ABŞ Prezidenti Donald Tramp 16 apreldə atəşkəsi elan etsə də, İsrail və Hizbullah o vaxtdan bəri atəş açmağa davam edir. Çərşənbə günü Livanın səhiyyə nazirliyi İsrailin hava hücumlarında cənubda səkkiz uşaq da daxil olmaqla 22 nəfərin öldüyünü bildirib.

Dövlət Departamentinin sözcüsü Tommi Piqot bildirib ki, “Ümid edirik ki, bu müzakirələr iki ölkə arasında davamlı sülhün bərqərar olmasına, bir-birinin suverenliyinin və ərazi bütövlüyünün tam tanınmasına və ortaq sərhətləri boyunca həqiqi təhlükəsizliyin yaradılmasına kömək edəcək.”

Dövlət Departamenti iyun ayında “danışıqların siyasi yolunu yenidən quracağını” bildirib. Piqot əlavə edib ki, “bundan əlavə, 29 mayda Pentaqonda hər iki ölkənin hərbi nümayəndə heyətləri ilə təhlkəsizlik yolu açılacaq.”

İsrailin ABŞ-daki səfiri Yeçiel Leyter danışıqların “səmimi və konstruktiv” olduğunu bildirib. Atəşkəs başlayandan bəri Livanın cənub sərhətlərində Hizbullah və İsrail arasında atışma barədə demək olar ki, hər gün xəbərlər yayılır.

Tərtib edən: Cəfərova Kəmalə

İstinad: BBC

Gundelik.az