Litva hökuməti ölkədə uzun müddət davam edən güclü yağışlar səbəbindən fövqəladə vəziyyət elan edib.
Gundelik.az-ın ELTA agentliyinə istinadən yaydığı məlumata görə, bəzi ərazilərdə bir gündə bir aylıq yağıntı norması qeydə alınıb.
Kənd Təsərrüfatı Nazirliyinin bildirdiyinə görə, davamlı yağışlar kənd təsərrüfatına ciddi ziyan vurub. İlkin məlumatlara əsasən, bəzi bələdiyyələrdə məhsulun 50-70 faizi zədələnib və ya tamamilə məhv olub. Payızlıq buğda, kartof və digər kənd təsərrüfatı bitkilərinin bir hissəsi itirilib, qalan məhsulun isə keyfiyyəti sürətlə pisləşib, biçin işləri ləngiyib.
Fövqəladə vəziyyətin elan edilməsi fermerlərin öhdəlikləri vaxtında yerinə yetirə bilməməsinə görə sanksiyalardan azad olunmasına imkan verəcək. Zərər çəkmiş təsərrüfatlara dəymiş itkilərin ödənilməsi üçün dövlət ehtiyatlarından maliyyə dəstəyi göstəriləcək.
Gundelik.az
