Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Gundelik.az xəbər verir ki, bu mərhələdə – dekabrın 17-də Laçın şəhərinə 17 ailə – 69 nəfər, Xocavəndin Hadrut qəsəbəsinə 6 ailə – 26 nəfər, Qırmızı Bazar qəsəbəsinə 18 ailə – 91 nəfər, Ağdamın Xıdırlı kəndinə isə 16 ailə – 45 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
