İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

Kürmükçay çayının sel və daşqınlarından mühafizəsinə başlanılır

User comments

Qax rayonunun Əlibəyli kəndini çayın sel və daşqınlarından mühafizə edən daş beton bəndlər əsaslı təmir olunacaq.

Bu barədə Gundelik.az Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat əldə edib.

Agentliyin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti bununla bağlı hazırlıqlara başlayıb.

Belə ki, Kürmükçay çayının sağ sahilində yerləşən Əlibəyli kəndini sel sularından mühafizə edən daş beton bəndlərin əsaslı təmiri nəzərdə tutulub.