İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Kimdən dünyaya büyük gözdağı: Görüntüləri yaydılar

Dünyada gərginlik və müharibə ab-havası davam edərkən, Şimali Koreya lideri Kim Jong‑un donanmaya məxsus “Choe Hyon” adlı esminesdə (müharibə gəmisində) həyata keçirilən strateji qanadlı raket (seyir füzəsi) testini izləyib. Raketlərin hədəfləri uğurla vurduğunu açıqlayan Kim, nüvə çəkindiriciliyinin gücləndirilməsinin vacib olduğunu vurğulayaraq dünyaya sanki açıq mesaj verdi.

Şimali Koreya lideri Kim Jong-un Koreya Xalq Ordusunun Donanmasına məxsus “Choe Hyon” adlı esminesdə keçirilən strateji qanadlı raket testini izləyib. Dünyanın diqqətlə izlədiyi bu sınaqda raketlərin müəyyən edilmiş hədəfləri uğurla vurduğu bildirilib.

Seyir raketləri eyni anda buraxıldı

Şimali Koreyanın açıqlamasına görə, test ölkənin strateji silah nəzarət sisteminin etibarlılığını və esminesin aşkarlama və silah sistemlərinin effektivliyini qiymətləndirmək məqsədi ilə həyata keçirilib.

Gəmidən eyni vaxtda buraxılan seyir raketləri Qərb dənizi üzərində müəyyən edilmiş uçuş marşrutu ilə hərəkət edib. Raketlərin 10 min saniyədən çox uçuşdan sonra müxtəlif ada hədəflərini uğurla vurduğu bildirilib.

Kim Jong-un razı qaldı

Testi televiziyadan izləyən Kim Jong-un strateji silahların inteqrə olunmuş idarəetmə sisteminin etibarlılığının təsdiqlənməsindən məmnun olduğunu bildirib. O, həmçinin esminesin inteqrə olunmuş döyüş sisteminin yüksək performans göstərdiyini qeyd edərək donanmanın strateji hücum qabiliyyətinin gücləndirilməli olduğunu vurğulayıb.

Yeni esmineslər üçün göstəriş verdi

Şimali Koreya lideri gələcəkdə istehsal olunacaq hərbi gəmilərdə silah sistemlərinin yenidən qiymətləndirilməli olduğunu bildirib.

Kim Jong-un xüsusilə 5 min və 8 min tonluq esmineslərdə süpersonik silah sistemlərinin artırılması, daha kiçik hərbi gəmilərdə isə fərqli silah sistemlərinin istifadə olunması ilə bağlı planların araşdırılması barədə göstəriş verib.

Bundan başqa, tikintisi davam edən üçüncü esmines də daxil olmaqla yeni döyüş gəmilərində Koreya üslublu silah sistemlərinin tətbiq edilməli olduğunu deyib.

“Nüvə çəkindiriciliyini gücləndirmək strateji vəzifədir”

Kim Jong-un açıqlamasında ölkənin nüvə çəkindirici gücünü artırmağa davam edəcəyini bildirib. Onun sözlərinə görə, Şimali Koreyanın nüvə qüvvələri artıq çoxşaxəli əməliyyat mərhələsinə keçib və strateji və taktiki hücum qabiliyyətləri faktiki olaraq yerləşdirilib.

Donanmanın gücü artırılacaq

Kim Jong-un donanmanın döyüş qabiliyyətinin artırılması üçün bir sıra tapşırıqlar da verib. Bu çərçivədə “Choe Hyon” esminesinin testlərinin tamamlanaraq müəyyən edilmiş müddətdə donanmaya təhvil verilməsi və yeni bir esminesin Workers’ Party of Korea-nın yaradılmasının ildönümündən əvvəl tamamlanması planlaşdırılır.

Mənbə: Haberler.com

Tərtib etdi: Jalə Əliyeva

Gundelik.az