İyul 8, 2026
Baku
Siyasət Xəbərlər

Kim Çen İn İlham Əliyevə məktub göndərdi

Koreya Xalq Demokratik Respublikasının Dövlət İşlərinin Sədri Kim Çen İn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Gundelik.az məktubun mətnini təqdim edir:

“Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və Sizin şəxsinizdə ölkənizin hökumətinə və xalqına təbriklərimi çatdırıram.

Ümidvar olduğumu bildirirəm ki, ölkələrimiz arasında dostluq münasibətləri gələcəkdə də genişlənəcək və inkişaf edəcəkdir”.

Gundelik.az