Gundelik.az Dünya Kiçik yaddaşlı smartfonlara vida: 2026-da yeni standart
Dünya Xəbərlər

Kiçik yaddaşlı smartfonlara vida: 2026-da yeni standart

2026-cı ildən etibarən az yaddaşa malik flaqman smartfonlar bazardan yox olacaq.

Bu barədə Gundelik.az “Android Authority”ə istinadən xəbər verir.

Mənbə bildirir ki, “iPhone 17 Pro” 128 GB əvəzinə 256 GB daxili yaddaşla təqdim olunacaq. Ekspertlər hesab edir ki, bu yenilikdən sonra bütün premium smartfonlar ən azı 256 GB yaddaşa sahib olacaq.

Qeyd olunur ki, smartfon istehsalçıları tez-tez “Apple”ın qərarlarını təkrarlayır. Bir çox şirkət artıq 128 GB yaddaşlı modelləri istehsaldan çıxarıb. Hazırda “Samsung Galaxy S25” və “Google Pixel 9 Pro” kimi bəzi modellər hələ də 128 GB yaddaşa malikdir.

Ekspertlər proqnozlaşdırır ki, “iPhone 17” seriyasının satışa çıxmasından sonra bütün top modellər 256 GB-dan az olmayacaq.

Gundelik.az  

Exit mobile version