Gundelik.az Xəbərlər İqtisadiyyat İkinci ən populyar kriptovalyuta rekord həddə bahalaşdı
Dünya İqtisadiyyat Xəbərlər

İkinci ən populyar kriptovalyuta rekord həddə bahalaşdı

İkinci ən böyük kriptovalyuta olan “Ethereum”un (ETH) qiyməti çoxillik maksimumu yeniləyib.

Gundelik.az “CoinMarketCapa istinadən xəbər verir ki, bir həftə ərzində ETH 20%-dən çox bahalaşaraq 4,3 min dolları keçib.

Məlumata görə, “Ethereum” 4 332 dollara çataraq 9 dekabr 2021-dən bəri ən yüksək göstəricini qeydə alıb.

“Bitget”in baş analitiki Ryan Lee bildirib ki, hazırda investorların əsas diqqəti hələ də “Bitcoin” üzərindədir. Onun sözlərinə görə, “Bitcoin” bazarda ən stabil aktiv olaraq qalır və altkoinlərin əksəriyyətinin kəskin artımı üçün hələ tezdir.

Gundelik.az 

Exit mobile version