İsveç hökuməti 2026-cı ildən etibarən məktəblərdə smartfon istifadəsini qadağan edəcək.
Gundelik.az xəbər verir ki, bu barədə İsveçin təhsil naziri Simona Mohamsson dövlət radiosu “SR”ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, qərar ölkə üzrə bütün ibtidai, orta və liseylərdə tətbiq olunacaq və yalnız dərs zamanı deyil, fasilələrdə də keçərli olacaq.
Nazir bildirib ki, hökumət qadağanın həyata keçirilməsi üçün 10 milyon dollar ayırmağı planlaşdırır. O, bu addımın məqsədini belə izah edib: “Şagirdlər TikTok-da vaxt itirmək əvəzinə, dostları ilə ünsiyyət qurmağı və ya fasilələrdə futbol oynamağı öyrənməlidirlər”.
Gundelik.az

