İsveç hakimiyyəti ölkənin hava məkanının qorunmasını gücləndirmək üçün 367,1 milyon dollar ayıracaq.
Gundelik.az xəbər verir ki, vəsait dron təhlükəsi ilə mübarizə məqsədilə silah və xüsusi avadanlıqların alınmasına yönəldiləcək.
Müdafiə naziri Poul Conson bildirib ki, son zamanlar hava məkanının pozulması və pilotsuz uçuş aparatlarının görünməsi bu təhdidlərin müasir silahlı münaqişələrdə getdikcə daha böyük rol oynadığını göstərir: “Biz bu cür təhdidlərdən qorunmalıyıq”.
Ayrılan vəsait hava hücumundan müdafiə sistemlərinin alınmasına, aviabazaların mühafizəsi üçün döyüş dronlarının yerləşdirilməsinə və elektron döyüş sistemlərinin qurulmasına sərf olunacaq. Proqramın 2026–2028-ci illərdə həyata keçirilməsi planlaşdırılır.
Bundan əlavə, İsveç hökuməti SAAB JAS 39 Gripen qırıcılarının imkanlarını artırmaq üçün 157 milyon dollar xərcləməyi nəzərdə tutur. Bu vəsait döyüş tapşırıqları üçün zəruri avadanlıqların, ehtiyat hissələrin alınmasına və Hərbi Hava Qüvvələrinin daimi bazalar və müvəqqəti uçuş zolaqlarından daha səmərəli istifadəsinə yönəldiləcək.
Gundelik.az

