Gundelik.az Dünya İsveç Ukraynaya “Gripen” qırıcıları satmaq niyyətindədir
Dünya Xəbərlər

İsveç Ukraynaya “Gripen” qırıcıları satmaq niyyətindədir

Ukrayna dondurulmuş Rusiya aktivlərindən istifadə etməklə İsveçdən 150-yə qədər Saab istehsalı Gripen qırıcısı ala bilər.

Gundelik.az xəbər verir ki, bu barədə “The Guardian yazıb.

Məqalədə bildirilir ki, satış üçün maliyyə həm Qərb ölkələrində saxlanılan dondurulmuş rus aktyivlərindən, həm də “istəkli koalisiyası”na daxil olan müttəfiq dövlətlərdən təmin oluna bilər.

İsveçin baş naziri Ulf Kristersson İsveç televiziyasına verdiyi müsahibədə deyib: “Biz tam başa düşürük ki, qarşıda uzun bir yol var… Amma bu gündən etibarən biz Ukraynanı gələcəkdə çoxlu sayda ‘Gripen’ qırıcı təyyarələri ilə təmin etmək üçün bütün imkanları araşdırmağa öhdəliyik”.

Hazırda Ukrayna hava qüvvələrində Amerika istehsalı F-16 və Fransanın Mirage qırıcıları xidmət göstərir. Gripenlər isə İsveçin Saab şirkəti tərəfindən istehsal olunan müasir, yüngül və manevrli çoxməqsədli döyüş təyyarələri ailəsinə aiddir.

Gundelik.az 

Exit mobile version