Sentyabr 8, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Keçməyən göz qapağı titrəməsinə diqqət: Sadə yorğunluq olmaya bilər

Göz qapağının qeyri-iradi titrəməsi əksər hallarda stress, yuxusuzluq, həddindən artıq kofein, uzun müddət ekrana baxmaq və göz quruluğu ilə əlaqəli olur. Lakin titrəmə uzun müddət davam edir, tez-tez təkrarlanır və gündəlik həyata təsir göstərirsə, səbəbi araşdırılmalıdır.

Göz xəstəlikləri üzrə mütəxəssis Prof. Dr. Halit Oğuzun sözlərinə görə, stress, yorğunluq, az su içmək və göz quruluğu titrəməni artırır. Kifayət qədər istirahət etmək, su qəbulunu artırmaq və lazım gəldikdə göz damcılarından istifadə şikayətləri azaldır.

Uzun müddət davam edən və keçməyən göz qapağı titrəmələrində ilk növbədə göz həkiminə müraciət etmək tövsiyə olunur. Lazım gəldikdə pasiyent nevroloqa yönləndirilməlidir.

Göz qapağı titrəməsi uşaqlarda da müşahidə olunur. Məktəb stresi, dərs yükü və uzun ekran müddəti əsas səbəblər arasında göstərilir.

Mütəxəssislər şikayət olmasa belə, müntəzəm göz müayinəsindən keçməyi tövsiyə edirlər. Bu müayinələr zamanı qlaukoma və şəkərli diabetin gözlərdə yaratdığı dəyişikliklər kimi bəzi xəstəliklər erkən aşkarlanır. Erkən diaqnoz görmə itkisinin qarşısının alınmasında mühüm rol oynayır.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az