İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Keçən il Paris, bu gün Yerevan: Sançezin təyyarəsində təxribat iddiaları!

İspaniya Baş naziri Pedro Sançez Avropa Siyasi Birliyinin iclası üçün Madriddən Ermənistanın paytaxtı Yerevana gedirdi. Sançezi daşıyan təyyarədə gecə texniki
nasazlıq yarandı. İddialara görə, rəsmi Airbus A310 təyyarəsinin kabinəsindən tüstü qalxır. Daha sonra nasazlığın ciddi olmadığı və təyyarənin təhlükəsizlik protokoluna görə eniş etdiyi açıqlandı. Bu hadisə Sançezin İsrailə qarşı tənqidlərini xatırlatdı.
Sançez həmçinin təyyarədəki nasazlıq səbəbindən 4 sentyabr 2025-ci ildə Parisdə keçirilən Ukrayna ilə bağlı görüşdə iştirak edə bilməyib. Bundan əlavə, İsrailin Baş naziri Netanyahu Pedro Sançezi açıqlamalarına görə hədələmişdi. İsrail İspaniya Baş nazirini təkcə siyasi deyil, həm də birbaşa hədəfə ala bilərmi? Sançezin İsraili xatırladan bəzi tənqidi açıqlamaları aşağıdakılardır: Yaxın Şərqdə beynəlxalq hüquqa hörmət edilməlidir və beynəlxalq hüquq hazırda
əsasən bir ölkə tərəfindən pozulur: İsrail hökuməti.
“Birincisi, İspaniya həmişə vətəndaşlarını qoruyacaq; ikincisi, biz həmişə beynəlxalq qanunlara riayət edəcəyik və bu, beynəlxalq hüququn daha bir pozulmasıdır; və
üçüncüsü, Netanyahu hökuməti tərəfindən qanunsuz olaraq qaçırılan İspaniya vətəndaşının azad edilməsini tələb edirik.”  Mənim və İspaniya hökumətinin fikrincə, İranla müharibə böyük bir səhv idi. Əsl faciə budur. Əsl faciə budur. Çünki dünyanın ehtiyac duyduğu son şey başqa bir müharibə idi. Bu dəfə qanunsuz, mənasız və qəddar bir müharibə; bizi iqtisadi, sosial və ekoloji məqsədlərimizdən geri qoyan, bizi insanların prioritetlərindən uzaqlaşdıran bir müharibə.
Tərtib edən: Cəfərova Kəmalə
İstinad: CNN

Gundelik.az