Gundelik.az Dünya Karni: Kanadanın Avropadakı hərbi mövcudluğu son 30 ilin ən yüksək səviyyəsinə çatıb
Dünya Xəbərlər

Karni: Kanadanın Avropadakı hərbi mövcudluğu son 30 ilin ən yüksək səviyyəsinə çatıb

Kanadanın Baş naziri Mark Karni NATO-nun Baş katibi Mark Rutte ilə telefon danışığı zamanı ölkəsinin Avropadakı daimi hərbi mövcudluğunun son 30 ilin ən yüksək səviyyəsinə çatdığını bildirib.

Kanada Baş nazirinin Ofisinin yaydığı məlumata görə, tərəflər iyulun 7-8-də Ankarada keçiriləcək NATO Sammiti ərəfəsində müdafiə xərclərinin artırılması, Alyansın müdafiə qabiliyyətinin gücləndirilməsi və Ukraynaya dəstəyin davam etdirilməsi məsələlərini müzakirə ediblər.

Məlumata əsasən, Baş nazir Karni görüş zamanı Kanadanın müdafiə sahəsinə yatırdığı investisiyaları əhəmiyyətli dərəcədə artırdığını vurğulayıb. O, ölkəsinin NATO-nun müdafiə xərclərinin ÜDM-in 5 faizi səviyyəsinə çatdırılması hədəfinə doğru irəlilədiyini də təsdiqləyib.

Karni, həmçinin Kanadanın Avropadakı daimi hərbi mövcudluğunun son 30 ilin ən yüksək səviyyəsinə yüksəldiyini bildirib.

Tərəflər NATO çərçivəsində sıx əməkdaşlığın bundan sonra da davam etdirilməsi barədə razılığa gəliblər.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version