İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

Kəlbəcərdə bu kəndin su və kanalizasiya infrastrukturunun inşasına başlanılır

Kəlbəcərin Zallar kəndinin xarici su təchizatı, tullantı su şəbəkə və qurğuların tikintisi həyata keçiriləcək.

Gundelik.az xəbər verir ki, ADSEA-nın Tikilməkdə olan Obyektlərin Müdiriyyəti müvafiq hazırlıqlara başlayıb.

Belə ki, qurum bununla bağlı şirkət axtarışlarına çıxıb.

Tikinti işlərinə sərf ediləcək məbləğin 5,3 milyon manat olacağı proqnozlaşdırılıb.