Gundelik.az Dünya İyul ayının ən yaxşı “Android” smartfonu AÇIQLANDI
Dünya Xəbərlər

İyul ayının ən yaxşı “Android” smartfonu AÇIQLANDI

AnTuTu” platforması iyul ayı üzrə istifadəçilərin məmnunluğuna əsaslanan ən yaxşı “Android” smartfonlarının siyahısını təqdim edib.

Gundelik.az sözügedən platformaya istinadən xəbər verir ki, reytinq istifadəçilərin verdiyi beş ulduzlu qiymətləndirmələrə əsaslanır.

Siyahıya “Huawei Mate 70 Pro+” liderlik edir – bu model istifadəçilərin 98,87%-ni razı salıb.

İkinci yerdə “Honor Magic 6 Ultimate” (97,39%), üçüncü yerdə isə “Huawei Mate 70 Pro Premium Edition” (97,27%) qərarlaşıb.

Dördüncü pillədə “Xiaomi 15S Pro” (97,11%) yer alıb. Bu model XRING O1 prosessoru ilə fərqlənir. Beşinci yeri isə “Xiaomi 15 Ultra” (96,28%) tutub.

Digər yüksək reytinq alan modellər:

• Oppo Find X8 Ultra – 94,81%
• Huawei Mate 70 Pro – 94,55%
• Vivo X Fold3 Pro (qatlana bilən model) – 94%
• Oppo Find X8s – 93,66%
• Meizu 21 Pro – 93,33%

Qeyd edək ki, bu reytinq texniki göstəricilər əsasında deyil, sırf istifadəçilərin məmnuniyyətinə əsasən hazırlanıb.
Apple cihazları üzrə iyulun ən çox bəyənilənləri isə belədir:

• iPad Air (4-cü nəsil) – 96,83%
• iPhone 12 mini – 95,8%
• iPhone SE (2022) – 95%

Xatırladaq ki, mütəxəssislər smartfon alarkən diqqət yetirilməli olan dörd əsas amili – kamera keyfiyyəti, batareya ömrü, prosessor gücü və ekran göstəricilərini qeyd ediblər.

Gundelik.az

Exit mobile version