İyul 8, 2026
Baku
Dünya Xəbərlər

İstanbul Hava Limanı yenidən Avropanın lideri oldu

İstanbul Hava Limanı 29 sentyabr – 5 oktyabr tarixlərini əhatə edən dövrdə gündə orta hesabla 1580 uçuşla Avropanın ən işlək hava limanı seçilib.

Gundelik.az xəbər verir ki, bu barədə Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatı (EUROCONTROL) “Aviasiya Hesabatı”nda məlumat yayıb. Bildirilib ki, İstanbul Hava Limanı sözügedən müddət ərzində birinci yerdə qərarlaşıb.

Siyahıda ikinci yeri gündəlik 1398 uçuşla Amsterdam, üçüncü yeri 1393 uçuşla Frankfurt, dördüncü yeri 1358 uçuşla Paris Şarl de Qoll, beşinci yeri isə 1338 uçuşla London Hitrou hava limanı tutub.

Antalya Hava Limanı isə gündəlik 968 uçuşla Avropanın ən işlək doqquzuncu hava limanı olub.

Gundelik.az