İstanbul Hava Limanı dünyanın ən bahalı hava limanı seçilib.
Bu barədə Gundelik.az İtaliyanın “Corriere della Sera” nəşrinə istinadən xəbər verir.
Nəşr yazır ki, Türkiyənin əsas hava limanında təkcə pivənin 1000 faizdən yuxarı baha satılması qiymətlərin hansı həddə olduğunu müəyyən etməkdə heç də çətinlik yaratmaz. Nəşr misal olaraq göstərib ki, şəhərin mərkəzində Efes brendinin ən məşhur pivəsini 1,5 avroya olduğu halda, hava limanında eyni brendə məxsus pivə 17,5 avroya təklif olunur.
Həmçinin məlumata görə, hava limanının kafesində toyuq əti ilə kruassan 14,5 avroya, salat 11 avroya, börek 7 avroya, bir şüşə su 9 avroya istehlakçılara təklif olunur.
Nəşr İstanbul Hava Limanındakı məhsulların qiymətini digər ölkə limanları ilə müqayisə edərək belə qərara gəlib ki, dünyada ən bahalı aeroport elə məhz İstanbuldakıdır.
Gundelik.az
