Gundelik.az Dünya İsrailli nazirin oğlu Livanda əməliyyat zamanı yaralandı
Dünya Xəbərlər

İsrailli nazirin oğlu Livanda əməliyyat zamanı yaralandı

İsrailli nazirin oğluna Hizbullah tərəfindən atəş açılıb. Xəstəxanaya aparılıb.”İsrail mediasının məlumatına görə, İsrailin maliyyə naziri Bezalel Smotriçin oğlu İsrail qüvvələrinin Livan sərhədində apardığı əməliyyatlar zamanı yaralanıb.

Əldə edilən məlumatlara görə, Smotriçin oğlu Hizbullaha qarşı aparılan əməliyyatlar zamanı yüngül yaralanıb. Bildirilir ki, nazirin oğlu ilə birlikdə başqa əsgərlər də yaralanıb.

Nazir Smotriç daha əvvəl Livanın cənubu üçün dağıdıcı hədələr səsləndirərək, “Çox yaxın zamanda Dahiya, Xan Yunus kimi görünəcək” demişdi.

İsrail – Hizbullah toqquşmaları

İranın dini lideri Ayətullah Əli Xameneinin ölümündən sonra İsrail ilə Livanın Hizbullah təşkilatı arasında yeni toqquşmalar başlayıb.

Livanın paytaxtı Beyrutda, xüsusilə Hizbullahın fəaliyyət göstərdiyi cənub bölgəsinə İsrail tərəfindən güclü hava zərbələri endirilib.

Bildirildiyinə görə, bazar ertəsindən bəri Livanda 123 nəfər həyatını itirib.

Mənbə: Haberler.com

Tərtib etdi: Jalə Əliyeva

Gundelik.az

Exit mobile version