Gundelik.az Dünya İsrailin müdafiə naziri Hizbullahı hədələyib
Dünya Xəbərlər

İsrailin müdafiə naziri Hizbullahı hədələyib

İsrailin müdafiə naziri İsrael Katz İrana qarşı hücumlara qarşı olduğunu və bu prosesdə neytral olmadığını bildirən Hizbullahı Təl-Əviv və İran arasındakı qarşıdurmalarda mümkün iştirakı ilə bağlı hədələyib.

Gundelik.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Keçmiş Hizbullah liderləri Nəsrullah və Haşim Safiyuddinin öldürülməsini xatırladan Katz Hizbullahın baş katibinin sələflərindən dərs almadığını deyib.

Katz Hizbullahı İran və İsrail arasında toqquşmalarda iştirak etməmək barədə xəbərdar edərək vurğulayıb: “Hücum edərlərsə, Hizbullah məhv ediləcək”.

Hizbullahın liderinin müavini şeyx Naim Kasım ötən gün açıqlamasında İsrailin İrana hücumlarında Tehranın yanında olduqlarını bildirib: “İsrailin hücumlarını dayandırmaq üçün İranın yanında olmaq bizim vəzifəmizdir”.

Hizbullah yazılı açıqlamada həmçinin İran lideri Əli Xamneyinin öldürülməsinin ciddi nəticələrə səbəb olacağını iddia edib.

Gundelik.az 

Exit mobile version