İyul 8, 2026
Baku
Dünya Hadisə Xəbərlər

İsrail Livanın cənubuna zərbə endirdi

İsrail hava qüvvələri Livanın cənubuna dron zərbəsi endirib.

Gundelik.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

İsrail ordusuna aid pilotsuz uçuş aparatı “Hizbullah” qruplaşmasının döyüşçüsünə məxsus avtomobilə hücum edib.

İlkin məlumata görə, həmin döyüşçü hadisə yerində həlak olub.

Bundan əvvəl, fevralın 1-də İsrailin müdafiə qüvvələrinin Livandan keçirdiyi aviareyd nəticəsində “Hizbullah”ın hərbi qanadının iki üzvü zərərsizləşdirilmişdi.