İspaniyanın cənubunda iki sürət qatarının toqquşması nəticəsində ən azı 21 nəfər ölüb, təxminən 100 nəfər yaralanıb.
Gundelik.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, iki qatarda ümumilikdə 400 nəfər olub.
İspaniya Daxili İşlər Nazirliyi 21 nəfərin öldüyünü, təxminən 100 nəfərin yaralandığını, onlardan 25-nin ağır vəziyyətdə olduğunu təsdiqləyib.
Bildirilib ki, Malaqadan Madridə gedən axşam qatarı relsdən çıxaraq Madriddən Huelvaya gedən qatarla toqquşub. Şahidlərin sözlərinə görə, ilk qatarın vaqonlarından biri tamamilə aşıb.

