ABŞ-nin Virciniya ştatının sakini ərinin ona hədiyyə etdiyi lotereya bileti sayəsində böyük məbləğdə pul qazanıb.
Gundelik.az xəbər verir ki, bu barədə UPI məlumat yayıb.
Qadının sözlərinə görə, əri ona bir neçə lotereya bileti gətirib. Həmin biletlərdən biri uduşlu olub. Nəticədə cütlük 577 min dollar, yəni təxminən 48 milyon rubl qazanıb.
Qalib qadın pul mükafatını səyahətlərə xərcləməyi planlaşdırdığını bildirib.
Xatırladaq ki, daha əvvəl Kanadada yaşayan Ancelina və Edvard Lado cütlüyünün səkkiz il ərzində ikinci dəfə lotereyada qalib gəldiyi barədə məlumat yayılmışdı. Kişinin sözlərinə görə, onların uğurunun sirri sadədir: udana qədər oynamaq.
Nuri
Gundelik.az

